Avqustun 24-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı həlak olub.
"Azneft"dən "Turan"a bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri aparılır. Əlavə edilib ki, "Neftqaztikinti" trestinin əməkdaşları- quraşdırıcı və qaynaqçı (ad və soyadları çəkilir) beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər: "Axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb".
Hələlik, bu məlumata həlak olan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.