İşıqların kəsilməsi və yanlış bildirişlər: 'Azərişıq' rəisləri cəzalandırıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

"Azərişıq" ASC-də qanun pozuntuları aşkarlanıb. Bir neçə idarə rəisi və onların müavinlərinə maliyyə sanksiyaları tətbiq edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmada bildirişlərin tərtibi və təqdimatında, həmçinin elektrik təchizatının dayandırılması zamanı qanunvericiliyin tələblərinin pozulduğu bildirilir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu sahədə abonentlərin hüquqları illərdir pozulur. O, araşdırmadan sonra da vəziyyətin düzələcəyinə ümid etmir.