Neft yatağından qaz da çıxacaq – ekspert: 'Böyük təsiri olmayacaq'
Sizin brauzer HTML5-i dəstəkləmir
30 ildir neft çıxarılan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan iyunun 1-dən qaz hasilatına da başlanılacaq.
İqtisadçı-ekspert Zöhrab İsmayıl düşünür ki, yeni qaz hasilatı ümumi istehsala elə də ciddi təsir göstərməyəcək: ""Azəri-Çıraq-Günəşli" yataqlarının mövcud infrastrukturu bu həcmdə qazı qəbul etmək imkanına malik deyil. Bunun üçün əlavə investisiya qoyulmalı, kompressor stansiyaları tikilməli və yeni boru kəmərləri çəkilməlidir. Digər tərəfdən, yatağın qaz ehtiyatı da o qədər çox deyil – cəmi 113 milyard kubmetr təşkil edir. Bu isə Azərbaycanın cəmi iki illik ümumi qaz hasilatına bərabər bir həcmdir".