Ermənistan həbsdəki azərbaycanlı hərbçini qaytaracaqmı?
Sizin brauzer HTML5-i dəstəkləmir
Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə qarşı ağır ittihamlar irəli sürülüb. Halbuki baş nazir Nikol Paşinyan daha öncə onun mülki şəxslərə hücum etmək niyyətində olmadığını bildirmişdi. Yerevanda iqtidarla müxalifət arasında fikir ayrılığına səbəb olan bu məsələdə indi əsas sual budur: ekstradisiya razılaşması olmadığı halda, onun Bakıya qaytarılması mümkündürmü?