Benzin bahalaşdı

Azerbaijan, Baku, Gasoline, Premium, new price, 19 August 2018

Natiq Cəfərli: “150 ilə yaxın neft tarixi olan ölkədə...”

“Formal olaraq Tarif Şurası “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin qiymətini müəyyən etmir. Güya, bazar qanunları ilə qiymət tənzimlənir. Əslində isə nə bazar var, nə qanun”

Bunu “Premium Euro-95” və “Super Euro-98” markalı benzin-in qiymətinin qalxmasını dəyərləndirən, iqtisadçı, “ REAL” Partiyasının İcra Katibi Natiq Cəfərli deyib.

İqtiasdçının iddiasına görə, həmin markalardan olan yanacağın ölkəyə gətirilməsində inhisarçılıq var:

“Yəni, rəqabət yoxdur - sırf inhisarçı qiymət diktəsi var”

Buna da bax: Azərbaycanda benzin bahalaşdı​

İqtisadçı daha sonra diqqəti həmin marakalardan olan yanacağın ölkədə istehsal edilməməsinə yönəldib:

Sizin brauzer HTML5-i dəstəkləmir

‘Premium Euro-95” və “Super Euro-98”in qiymətinin qalxması haqda nə düşünürsünüz?

“150 ilə yaxın neft tarixi olan ölkədə bir dənə normal neftayırma zavadu tikmədilər ki, Avro-standartlara cavab verən benzin istehsal olunsun...”

Natiq Cəfərli hesab edir ki, Azərbaycan sözü gedən markalardan olan yanacaqları özü istehsal etmədiyindən böyük həcimli gəlirdən məhrum olur:

“Bax belə hökumətimiz var - mənasız, məzmunsuz oyunlara milyardlar xərcləyir, amma normal keyfiyyətli benzin istehsal edən zavod tikə bilmir”

İqtisadçının bu dediklərinə, hələlik, SOCAR rəsmilərindən və hökumət təmsilçilərindən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Tarif Şurası: “Benzinin bahalanmasının yük və sərnişindaşımaya aidiyyatı yoxdur”

***

Bakıda bəzi yanacaq doldurma məntəqələrində qiymət tablolarında qiymət artımı müşahidə olunmur. Həmin məntəqələrdən AzadlıqRadiosuna verilən məlumata görə, hələki “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağı əvvəlki qiymətə satırlar.

Bakıdakı bəzi yanacaq doldurma məntəqələrində qiymətlər olduğu kimi qalıb, 19 avqust 2018

***

“Premium Euro-95” və “Super Euro-98”

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb.

Bu barədə məlumatları yanacaq doldurma məntəqələrindən də təsdiq ediblər. Ancaq, hələ, bəzi yanacaq doldurma məntəqələrində qiymət lövhəsinin dəyişdirilmədiyi bildirilir.

Yanacaq doldurma məntəqələrindən verilən məlumata görə, “ Aİ-95” markalı benzinin litri 1 manat 50 qəpiyə yüksəlib. Həmin markalı benzin bundan əvvəl 1 manat 25 qəpiyə satılırdı.

“Aİ-98” super markalı benzinin bir litrinin isə 1 manat 60 qəpiyə qaldırıldığı bildirilir. Bu markalı benizin isə bundan öncə 1 manat 50 qəpiyə idi.

“Premium Euro-95” və “Super Euro-98” markalı benzinlər Azərbaycana idxal edilir. Onların qiymətini Tarif Şurası tənzimləmir.

Azərbaycanda sonuncu dəfə bu markalı benzinin qiyməti ötən ilin noyabrında bahalaşmışdı.

Azərbaycanda ən çox istifadə edilən “ Aİ-92” markalı benzinin isə qiymətinin qalxmadığı bildirilir. Hazırda “ Aİ-92” markalı benzin 90 qəpikdir.