İyunun 3-də Bakı və Abşeron yarımadasında yağıntı gözlənmir. Cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 19-24, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənmir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 17-22, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təxmin edilir.