Fevralın 26-da axşam saatlarında Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
Bu barədə fevralın 27-də səhər saatlarında Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Telefon söhbəti zamanı Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyət, həmçinin Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.”,məlumatda vurğulanır.
Xatırlatma
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-dən 23-nə kimi Rusiyada səfərdə olmuşdu. Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.
Fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.