BMT-dəki 'Zal' böhranı: Bakı və Ankara bir-birindən nə istəyir?
Sizin brauzer HTML5-i dəstəkləmir
Türkiyə tərəfi Bakını müttəfiqlik prinsiplərinə sadiq qalmamaqda ittiham edərkən, Azərbaycan rəsmi dairələri Ankaranı iki ölkə arasına nifaq salan media kampaniyalarına göz yummaqda qınayır. Bu ritorik gərginliyi pik həddə çatdıran hadisə isə İsrail baş naziri Binyamin Netanyahunun BMT-dəki çıxışı olub. Bir çox ölkənin nümayəndə heyəti etiraz olaraq zalı tərk etdiyi halda, Azərbaycan diplomatlarının zalda qalıb çıxışı dinləməsi Türkiyə mediasında Bakıya qarşı sistemli tənqid dalğasına yol açıb.