Bakı-Ankara xəttində gözlənilməz 'yol qəzası': İki ölkə arasında nə dəyişdi?

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan məktəblərindəki hicab qaydaları və vahid geyim forması Bakı ilə Ankara arasında gözlənilməz fikir ayrılığına səbəb olub. Türkiyə prezidentinin baş müşavirinin kəskin tənqidlərinə və İsrail mövzusunda ittihamlara hakim Yeni Azərbaycan Partiyasından sərt cavab gəlib. Ekspertlər isə baş verənləri iki ölkə arasındakı nəhəng strateji və iqtisadi layihələr fonunda müvəqqəti "yol qəzası" kimi qiymətləndirirlər.