Nazirlər  mətbuat konfransı keçirib

Serbiya xarici işlər naziri və nümayəndə heyəti Azərbaycanda, 25 iyul 2021

Bu gün,iyulun 26-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə birgə mətbuat konfransı keçirib.

AZƏRTAC-ın xəbərinə görə, C.Bayramov deyib ki, iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir.

O əlavə edib ki, Nikola Selakoviçlə görüşündə ticarət dövriyyəsinin bundan sonra da artırılması istiqamətində müzakirələr aparılıb, iyulun 27-də Azərbaycan ilə Serbiya arasında Hökumətlərarası Komissiyanın iclası olacaq, daha sonra isə biznes forum keçiriləcək.

“ Eyni zamanda, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Serbiya Xarici İşlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti İyulun 25-də Azərbaycana gəlib.Elə həmin gün Prezident İlham Əəliyev onu qəbul etmişdi.