Azərbaycanda radionun 90, televiziyanın 60 yaşı qeyd olunur

Foto: arxiv

6 Noyabr Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. Bu gün Azərbaycan televiziyasının 60, radionun 90 illik yubileyi qeyd olunur.

1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu, Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum aktrisa Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

Müstəqilliyin ilk illərində yaranmış ANS televiziyası isə məhkəmə qərarı əsəsında qapadılıb.

Telekanaliyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmaqda suçlu bilinib.