28 May-Müstəqillik Günü

Azərbaycan bayrağı

Cümhuriyyətin yaradılmasının 104-cü ilində Azərbaycandakı siyasi və ictimai təşkilat nümayəndələri, o cümlədən ayrı-ayrı vətəndaşlar Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər

Bu gün, mayın 28-i Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasından 104 il keçir. Müstəqillik Günü ilə bağlı bəzi siyasi partiyaların təmsilçiləri, ictimai fəallar Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsini ziyarət ediblər.

Ötən ildən fərqli olaraq bu dəfə pandemiya qadağalarının aradan qaldırlması səbəbindən abidənin ziyarətində insanların sayınaa hər hansı məhdudiyyətlər tətbiq olunmayıb. (Ötən il koronavirus pandemiyasi ilə bağlı elan edilən karantin üzündən ziyarətçi qruplar beş nəfərdən çox olmayıb. AR.)

İlk olaraq M.Ə. Rəsulzadənin abidəsini Ağ Partiya üzvləri ziyarət ediblər. Partiya sədri Tural Abbaslı Cümhuriyyət ənənələrinin sözdə yox, əməldə davamçıları olduqlarını deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ağ Partiya Respublika Günündə Rəsuladənin abidəsini ziyarət edib

Azərbaycan Demokratiya və Rifah Hərəkatının nümayəndəsi Rüfət Məmmədov AXC-nin yaranmasın necə bir çətin dövrə təsadüf etdiyini xatırladıb. "...104 il bundan öncə Tbilisidə Cümhuriyyət elan olundu, ... o, Cümhuriyyət ki, hələ onun arxasında xalq belə formalaşmamışdı. Kimlər onu formalaşdırdı, başqa milli liderimiz M.Ə. Rəsulzadə olmaqla sayları bir-neçə onluğu təşkil edən kişilər..."

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının nümayəndələri Novxanıda

Gün ərzində M.Ə. Rəsulzadənin abidəsini Müsavat partiyası, Milli Şuranın rəhbər və üzvləri ziyarət ediblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Müsavat Partiyasının üzvləri və Milli Düşüncə Mərkəzinin rəhbəri Respublika Günü Novxanıda

Daha sonra Rəsulzadənin abidəsini Milli Şuraya daxil olan siyasi partiya və birliklər ziyarət edib. Abidəyə doğru hərəkət edənlər "Rəsulzadə", "Rəsulzadə" və "Azadlıq" şüarları səsləndiriblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Milli Şura Respublika Günündə Rəsulzadənin abidəsini ziyarət edib

Amma bu dəfə abidə önünüdə çıxış edən siyasi partiya nümayəndələrinin, ictimai fəlların səsgücləndiricilərdən istifadəsinə icazə verilməyib.

104 il əvvəl Tbilisidə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 ay fəaliyyət göstərə bilib və 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib. Cümhuriyyətin bir çox qurucuları işğaldan sonra Azərbaycandan mühacirət etmək məcburiyyətində qalıblar.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika Günü- (Müstəqillik Günü-Milli Məclisin ötən il oktyabrın 15-də keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib. Qanunun qəbul edilməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.)kimi qeyd edilir.