Azərbaycanda qəbiristanlıq ərazilərinin bələdiyyələrin ixtiyarına veriləcəyi gözlənir.
Qəbiristanlıqdan ötrü nəzərdə tutulmuş torpaqların bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur .
APA-nın məlumatına görə, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.
Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.
Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılmalıdır.
Hazırda qəbristanlıq əraziləri vahid bir qurumun ixtiyarında deyil.