'Neft zəngini, maaş kasıbı' – 1172 manat Azərbaycanı Cənubi Qafqazda sonuncu etdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda orta aylıq əməkhaqqı 6.5 faiz artaraq 1172 manata çatıb. Amma bu artıma baxmayaraq, ölkə Cənubi Qafqazda hələ də ən aşağı orta maaş alan respublika olaraq qalır. İqtisadçı Akif Nəsirli vəziyyəti iqtisadiyyatın strukturu ilə əlaqələndirir: "Neft-qaz sektoru dominantdır; böyük gəlir gətirsə də, burada az insan çalışır. İri şirkətlərin və dövlət sektorunun üstünlüyü də ümumi əməkhaqqı siyasətinə təsir edir". Ekspert qonşu ölkələrin təcrübəsini nümunə çəkir: "Resursları məhdud olan Gürcüstan və Ermənistan son illərdə xidmət, İT və turizm sahələrində ciddi nəticələr əldə ediblər. Xüsusilə Ermənistanın İT sektorundakı inkişafı orta aylıq əməkhaqqının yüksəlməsinə birbaşa müsbət təsir göstərib".