Müdafiə nazirliyi yenidən Azərbaycan ordusunun mövqelərinin Ermənistan ordusu tərəfindən atəşə tutulduğunu bildirir. Nazirliyin oktyabrın 15-də yaydığı məlumat da deyilir ki, atəşə tutma oktyabrın 14-ü axşam saatlarından 15-i gecə saatlarınadək davam edib.
Buna da bax:
Zaporojyeyə səhər tezdən on S-300 raketi atıldığı bildirilirQeyd olunur ki, Ermənistan ordusunun bölmələri Azərbaycan ordusunun Laçın rayonunun Hacılar və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
"Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb" Nazirliyin məlumatında deyilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hökumət keçmiş icra başçısını Polşada niyə tutdurub: 'Kremlin sifarişidir'
Ermənistanın müdafiə nazirliyi isə atəşkəs pozuntusunda Azərbaycan ordusunu ittiham edir. Bu barədə Müdafiə Nazirliyə istinadən "Azatutyun" (AzadlıqRadiosunun erməni xidməti) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, "oktyabrın 15-i saat 01:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində yerləşən mövqelərimizi müxtəlif çaplı tüfənglərdən atəşə tutub". Məlumatda hazırda vəziyyət nisbətən sabit olduğu bildirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qadın olduğunuz üçün ayrı-seçkiliyə məruz qalmısızmı?
Xatırlatma
Bu il sentyabrın ortlarında Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar baş verib.
Hərbi əməliyyatlar nəticəsində çox sayda əsgərin həlak olduğu xəbər verilmişdi.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Buna da bax:
Makron Rusiyanı Azərbaycana tərəfkeşlikdə ittiham etdi, Putin cavab verdi