Azərbaycan qızıl ehtiyatlarını niyə azaltdı?

Sizin brauzer HTML5-i dəstəkləmir

İqtisadçı Rəşad Həsənov bildirir ki, Körfəz regionundakı gərginlik neft qiymətlərini bahalaşdırsa da, eyni zamanda qlobal inflyasiya riskini də artırıb. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) öz aktivlərinin dəyərsizləşməsi təhlükəsi ilə üz-üzə qalıb. Ekspertin fikrincə, satışın əsas səbəblərindən biri yanvarda qızılın qiymətinin pik həddə çatması ola bilər. Neft Fondu qızılı məhz bu yüksək qiymət mərhələsində satışa çıxarmaqla maksimal mənfəət əldə etməyi hədəfləyib.