'Adı var, özü yox' – Loukosterlər AZAL-dan da bahadır

Sizin brauzer HTML5-i dəstəkləmir

Heydər Əliyev Beynəlxalq Aeroportunda rəsmən 15 loukoster fəaliyyət göstərsə də, səyahətsevərlər onların əlçatanlığına şübhə edirlər. Səyahət bloqeri Gülər Mehdizadənin sözlərinə görə, ölkədə aşağıbüdcəli aviasiya real mahiyyətini itirib: "Azərbaycanda loukosterlərin yalnız adı var. Onlar bazardakı dominant daşıyıcı ilə rəqabət apara bilmirlər. Nəticədə, sadə xidmət təqdim etmələrinə baxmayaraq, biletləri AZAL-ın onsuz da baha olan tariflərindən də baha satılır".