Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı.
Bununla bağlı bugün, fevralın 24-də baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi 2022-ci il mayın 1-i, saat 06:00-dək uzadılıb.
Xüsusi karantin rejiminin müddəti martın 1-də başa çatırdı.
Azərbaycanda koronvirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimi elan edilib. O, bir çox dəfə uzadılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə indiyə kimi ümumilikdə 781 min 538 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 9 min 330-nun vəfat etdiyi bildirilib.