Quru sərhədləri yenə bağlı qaldı: 'Koronavirus bizdən əl çəkdi, hökumət əl çəkmədi'

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Bu qərarla ölkənin quru sərhədləri daha üç ay bağlı qalacaq. Sərhədlərin açılmaması sosial şəbəkələrdə geniş müzakirələrə və ironik şərhlərə səbəb olub: "Koronavirus bizdən əl çəkdi, hökumət əl çəkmədi", "Əslində, COVID vaxtı hamımız ölmüşük, sadəcə bunu bizə deyən yoxdur". İqtisadçı Natiq Cəfərli isə qərarın ölkə iqtisadiyyatına vurduğu zərərə diqqət çəkib: "Hazırda ümumdaxili məhsulun artım tempi sıfıra enib. Bu geriləmə həm də quru sərhədlərin bağlı qalması ilə bağlıdır. Təsəvvür edin, xarici investor baxır ki, Azərbaycanda karantin rejimi uzadılır, sərhədlər açılmır. Təbii ki, onlarda sual yaranır: görəsən, bu ölkədə nə problem var?".