Azərbaycanda cəmi 240 min işsiz var?
Sizin brauzer HTML5-i dəstəkləmir
Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, 2026-ci ilin yanvarında işsizlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.4 faiz artaraq 239 min 800 nəfər olub. Bu isə o deməkdir ki, işsizlik cəmi 5 faiz civarındadır.
İqtisadçı Rəşad Həsənov deyir ki, "5 faiz" kimi rəqəmlər iş axtaran kimi qeydiyyata alınanlara aiddir. Onun sözlərinə görə, insanların müvafiq qurumlara etibarı aşağı olduğundan onlar işsiz kimi qeydiyyat üçün müraciət etmirlər.