16 dərəcə isti olacaq

Foto: arxiv

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti, Abşeron yarımadasında gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 14-18 dərəc isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.