Bəzi rayonlarda leysan gözlənir.

İyunun 19-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.

İyunun 19-da Azərbaycanın rayonlarında da havamın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi ehtimal edilir. Gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təxmin edilir.