Azərbaycanda hər 11 gəncdən biri iş tapa bilmir
Sizin brauzer HTML5-i dəstəkləmir
Rəsmi statistikaya görə, Azərbaycanda 118 min gənc işsizdir. Amma iqtisadçı Rəşad Həsənovun fikrincə, əslində işsiz gənclər daha çoxdur: "Rəsmi statistika yalnız iş axtaran və işsiz kimi qeydiyyatdan keçən şəxslərə münasibətdə işsizliyi müəyyən edir. Real işsizlik isə rəsmi statistika ilə müqayisədə daha yuxarıdır".