'İnsanlarda 'demokratiya pisdir' fikri formalaşdırmağa çalışırlar' – Bakı-Paris gərginliyi artır
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakı ilə Paris arasında diplomatik münasibətlər yenidən kəskinləşib. Azərbaycan parlamenti Fransadakı etirazlar zamanı qeydə alınan polis zorakılığını sərt tənqid edən bəyanat yayaraq, BMT-ni xüsusi araşdırma aparmağa çağırıb. Ekspertlər bu sərtləşməni Qarabağ və Yeni Kaledoniya məsələləri ətrafında yaranan fikir ayrılıqları ilə əlaqələndirsə də, rəsmi Bakı Avropa institutlarını Azərbaycana qarşı ikili standartlar yürütməkdə ittiham edir.