Azərbaycan və Ermənistan bir-birinə nə satır? Ticarət 300 milyon dollara çata bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Hazırda qarşılıqlı ticarətin həcmi simvolik olsa da, 2026-cı ilin statistikası kəskin artım dinamikasını göstərir. Sülh müqaviləsinin imzalanmaması və etimad mühitinin yoxluğu ticarəti hələ ki məhdudlaşdırır. Bununla belə, logistik imkanların açılması və 38 adda potensial məhsul qrupu üzrə alqı-satqı real ticarət dövriyyəsini ildə 300 milyon dollara çatdıra bilər.