Təhlükəsizlik Şurasının iclasında nə danışılıb?

İlham Əliyev (Arxiv foto)

-
Aprelin 2-də Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb.

İclasdan bir hissəni Azərbaycan Dövlət Televiziyası efirə verib.

Müdafiə Nazir Zakir Həsənov cəbhə bölgəsindəki mövcud vəziyyətlə bağlı Şura üzvilərinə məlumat verib.

Daha sonra prezident İlham Əliyev danışıb.

O deyib ki, baş verən hadisələrlə bağlı həm Türkiyə prezidenti Receb Tayib Erdoğan, həm də Baş nazir Ehmed Davudoğlu ona zəng vurub. Hər iki şəxs həm həlak olan hərbiçilər ilə bağlı ona baş sağlığı veriblər, həm də Azərbaycanın yanında olduqlartını bildiriblər. İlham Əliyev qeyd edib ki, Belarus prezident də ona zəng vuraraq baş verənlərdən narahatlığını bildirib:

“Bu gün tarixdə parlaq qələbə kimi qalacaq”-deyən prezident Şura üzvilərini gələcək addımlarla bağlı müzakirəyə davət edib.

APA-nın xəbərinə görə isə, prezident Təhlükəsizlik Şurasının iclasında həlak olanların qohumlarına səbr arzulayıb, yaralananlara şəfa diləyib:

“Nazirlər Kabinetinə həlak olanların ailələrinə maddi yardımlar göstərmək üçün təkliflər hazırlamağı tapşırıram, Müdafiə Nazirliyi isə döyüş əməliyyatlarında fərqlənmiş, vətən uğrunda qəhrəmancasına döyüşmüş hərbçiləri təltif etmək üçün mənə təkliflər təqdim etsin”.

Dövlət başçısı qeyd edib ki, cəbhədə belə hal ilk dəfə təkararklanmır: “Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində Qazax istiqamətində oxşar təxribat törədilib. Mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkib və bu hücum nəticəsində 2 hərbçimiz həlak olmuşdu”.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube səhifəsindən videoları izləyin: