Azərbaycan əhalisi 10 milyona çatıb

Arxiv foto

Bu gün, aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.

Rəsmi AZƏRTAC saytının məlumatına görə, Azərbaycanın 10 milyonuncu sakini keçmiş Ağdərə rayonunda doğulan, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Çərkəz qızı Ocaqova ilə Rauf Yunis oğlu Həsənovun ailəsində dünyaya gəlib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını, uşağın valideyinlərini təbrik ediblər.