9 ayda 500 nəfər intihar edib

Foto: arxiv

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report"un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Buna da bax: Bu qədər insanı intihar həddinə kim çatdırıb?

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Ancaq intiharın səbəbləri barədə nazirlik açıqlama verməyib. Müşahidəçilər hesab edirlər ki, son vaxtlar intihara daha çox maddi və sosial çətinliklər, o cümlədən, kredit borclarını ödəyə bilməmək kimi hallar səbəb olub.