Manat azca dəyər qazandı

Currency Exchange Office

Sentyabrın 30-da 1 dollar 1,6211 manat olacaq.

Azərbaycan Mərkəzi Bankı manatın sentyabrın 30-a olan rəsmi məzənnəsini açıqlayıb.

Sentyabrın 29-da bir dollar 1,6252 manat olmuşdu. Sabahkı məzənnə ilə manat azca möhkəmlənir.

Son günlər manatın məzənnəsində ya sabitlik, ya cüzi möhkəmlənmə müşahidə olunur.

Senytabrın 29-da Neft Fondu hərraca çıxardığı 100 milyon dolların ancaq yarısını sata bilib.