Sosioloq: 'Cəmiyyət pessimizmdədir' – abortlar doğum sayını keçmək üzrədir
Sizin brauzer HTML5-i dəstəkləmir
Ötən il Azərbaycanda 95 mindən çox abort qeydə alınıb. Bu rəqəm ölkədə bir il ərzində doğulan uşaqların sayına təxminən bərabərdir.
Sosioloqun fikrincə, abortların artımı fərdlərin və ya cəmiyyətin deyil, birbaşa dövlətin sosial-iqtisadi siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti hazırda dərin pessimizm içərisindədir və insanlar haqlı olaraq ölkədə öz gələcəkləri üçün heç bir perspektiv görmürlər. "Öz həyatlarında perspektiv tapa bilməyən insanların uşaq dünyaya gətirməsi isə onlar üçün həddindən artıq qorxulu və mənasız bir addımdır", – deyə sosioloq əlavə edib.