Azərbaycan və Böyük Britaniya strateji tərəfdaş oldu

Böyük Britaniya və Azərbaycan bayraqları

Noyabrın 12-də Dublində Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Sənədə Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Endi Börnhem imza atıblar.

Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.

Bəyannamədə tərəflər ilk növbədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq niyyətlərini ifadə edirlər. Onlar həmçinin ticarət və investisiya əlaqələrini genişləndirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək kimi ortaq hədəflərini təsdiqləyirlər.

İki ölkə arasında bundan əvvəl 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında birgə bəyannamələr imzalanıb.

Azərbaycan indiyədək dünyanın bir çox digər ölkələri ilə də oxşar strateji sənədlərə imza atıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əliyevlərin Londonda üç imarəti