Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini kəsdi
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan Milli Məclisi Avropa Parlamenti (AP) ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Bu qərar AP-nin Ermənistanla bağlı qəbul etdiyi son qətnaməyə etiraz olaraq verilib.
Siyasi şərhçi Araz Əliyevin sözlərinə görə, bu addım 2024-cü ildə tərəflər arasında başlayan soyuqlaşmanın növbəti mərhələsidir. Ekspert qeyd edib ki, Avropa Parlamentinin Ermənistandakı demokratik sistemi dəstəkləmək niyyəti anlaşılandır, lakin qurum vaxtında Azərbaycandakı insan hüquq və azadlıqlarının vəziyyətinə də adekvat münasibət bildirməli idi. Onun fikrincə, Azərbaycana qarşı hər hansı təzyiq cəhdi siyasi konyunkturaya deyil, yalnız haqlı səbəblərə — insan haqlarının pozulması faktlarına əsaslanmalıdır.