46 təşkilat Azərbaycanın sədrliyinə qarşı çıxdı: 'ATƏT-in etibarlılığı təhlükə altındadır'

Sizin brauzer HTML5-i dəstəkləmir

Müxtəlif ölkələrin 46 vətəndaş cəmiyyəti təşkilatı Azərbaycanın 2027-ci ildə ATƏT-ə sədrlik istəyinə qəti etiraz edib. Təşkilatlar üzv dövlətləri bu təşəbbüsü önləməyə çağırıb, bəyanata qoşulan hüquqşünas Emin Abbasov isə bildirib ki, "insan haqlarına hörmət etməyən ölkələr belə qurumlara heç bir şəkildə töhfə verə bilməzlər".