9-cular imtahan verir

İmtahan, arxiv foto

Martın 12-də respublikanın 33 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.

Eyni zamanda, 23 şəhər və rayonda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər də buraxılış imtahanı verir.

Məlumatı Dövlət İmtahan Mərkəzi yayıb.

Ümumilikdə, 37 mindən çox 9-cu sinif şagirdin imtahan verəcəyi gözlənir.