19 ildə 'Azəri-Çıraq-Günəşli' blokundan 412 milyon ton neft çıxarılıb

Foto: arxiv

1997-ci ilin noyabrından 2016-cı ilin noyabrına kimi “Azəri-Çıraq-Günəşli” blokundan 412 milyon ton neft çıxarılıb.

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, bunun 229 milyon tonu Azərbaycanın mənfəət neftidir".

Turan-ın xəbərinə görə, X.Yusifzadə deyib ki, dünya bazarlarına 440 milyonton, o cümlədən BTC ilə 310 milyon ton neft ixrac edilib.

AÇG layihəsinin iştirakçıları bunlardır: BP (35,78%), Chevron (11,27%), ExxonMobil (8%), ONGC (2,72%), SOCAR (11,65%), Inpex Corp. (10,96%), ITOCHU Oil (4,3%), Statoil (8,56%), TPAO (6,75%).