Azərbaycanın Müdafiə nazirliyi Kəlbəcər və Laçın istiqamətində mövqelərinin Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulduğunu bildirir.
Nazirliyin sentyabrın 4-də yaydığı məlumatda qeyd olunur ki, Ermənistan tərəfdən sentyabrın 3-ü günortadan 4-ü səhər saatlarınadək Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərindəki mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Məlumatdqa itki olmadığı və cavab tədbirləri görüldüyü bildirilir.
AzadlıqRadiosunun erməni xidməti bildirir ki, Ermənistan Müdafiə Nazirliyi sərhədyanı bölgədə atəşkəsin pozulması ilə bağlı Bakının xəbərini təkzib edərək, xəbəri dezinformasiya adlandırır.
“Sentyabrın 3-də və 4-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində yerləşən Azərbaycan mövqelərini atəşə tutmayıb”, - deyə Ermənistan hərbi idarəsinin mətbuat katibi Aram Torosyan bildirib.
Son günlər tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırırlar, hər dəfə də qarşılıqlı olaraq ittihamlar rədd edilir.
Buna da bax: MN: Azərbaycan ordusunun mövqeləri 19 dəfə atəşə tutulub