Polisə aparılan AXCP Neftçala şöbəsinin sədri buraxıldı

Arxiv fotosu

Bu gün, oktyabrın 14-ü axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadənin evindən polisə aparıllıb.

Bu barədə “Azadlıq.info” saytında məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, polis onu hansı səbəbdən saxladığı haqda izahat verməyib. Hazırda Əflatun Əhmədzadə ilə əlaqə saxlamaq mümkün deyil.

Buna da bax:​ Müxalifətçilərə 'Bandotdel'də barmaq silkələdilər

Məsələyə, hələlik, nə Neftçala Rayon Polis Şöbəsinin, nə də Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin münasibətini öyrənmək mümkün olub.

* * *

Əflatun Əhmədzadə buraxılıb

AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadənin polisdən buraxıldığı bildirilir. Bu barədə məlumatı Əflatun Əhmədzadə özü Facebook səhifəsində də təsdiq edib. Ancaq o, polisdə dindirilməsi ilə bağlı ətraflı izahat verməyib.

* * *

Noyabrın 26-sı keçirilən referendum ərəfəsində və sonra AXCP-nin 200-dən çox fəallının saxlandığı bildirilirdi. Onlardan bəzilərinə inzibati həbslər də verilmişdi.

Buna da bax:​ Gözəl Bayramlı da 'Bandotdel'ə çağırılıb

Hazırda AXCP-nın 10-dan çox üzvi həbsdədir. Partiya onların siyasi əsalarla həbs edildiyini bəyan edir. Hakimiyyət rəsmilər isə Azərbaycanda siyasi məhbusların olmadığını bildirir. Onların fikrincə Azərbaycanda siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Bu gün, oktyabrın 14-ü AXCP sədrinin müavini Gözəl Bayramlı, Ali Məclisin sədri Nurəddin Məmmədli, Milli Şura Koordinasiya Mərkəzinin üzvləri Oktay Güləliyev, Eldəniz Quliyev və Müsavat Partiyasının başqanı Arif Hacılı da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılmışdılar. Onlara Facebook statuslarına görə, xəbərdarlıqlar edilmişdi.