AXCP-də yeni həbslər: 'İsa Qəmbər də hökuməti tənqid edir, o, müxalifət deyil?'
Sizin brauzer HTML5-i dəstəkləmir
Ötən həftə müxalifətdə olan AXCP-nin iki üzvü saxlanılıb, birinə isə hökm oxunub. Hüquq müdafiəçisi Zəfər Əhmədovun fikrincə, ölkədə repressiyalar onsuz da dayanmamışdı: "İnsident təsadüfi başlayır. Belə deyək, küçədə siqaret çəkməkdən və yaxud yol inspektoru, yol polisi ilə yaşanan adi, xırda bir insidentdən başlayır. Biləndən sonra ki kimdir, əllərinə fürsət düşür; sutka cəzası verirlər, həbs cəzası verirlər".