AXCP sədrinin qadın müavini telefonla hədələnib

Gözəl Bayramlı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının ölümlə hədələndiyi bildirilir.

Bu haqda siyasətçinin özü açıqlama verib.

G. Bayramlının sözlərinə görə, tanımadığı şəxs oktyabrın 28-də zəng edərək onu hədələyib.

Buna da bax:​ Müxalifətçilərə 'Bandotdel'də barmaq silkələdilər

“Zəng edən şəxs kobud şəkildə məndən “nə yazırsan” deyə soruşdu. Ondan özünü təqdim etməyi istəyəndə “gələndə biləcəksən, ünvanını de” cavabını verdi. Sonra da tərbiyəsizlik edib qışqırmağa başladı. Telefonu söndürdüm, yenə bir neçə dəfə zəng etdi. Soruşdum məni təhdid edirsən, dedi “bəli”, G.Bayramlı bildirib.

Gözəl Bayramlı, ardınca gələn zənglərə cavab vermədiyini, “102” xidmətinə şikayət etdiyini bildirib. Onun şikayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən, siyasətçi xanımın şikayəti ilə bağlı hansı tədbir görüldüyünü, hələlik, öyrənmək mümkün olmayıb.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Gözəl Bayramlı: ''Bandotdel'də dedilər bu cür statuslar yazma'