Oktyabrın 11-də Avstriyanın Xarici işlər naziri Aleksandr Şallenberq kansler kimi and içəcək. Sebastyan Kurz iki gün öncə korrupsiya təhqiqatı ilə əlaqədar istefa verib.
Kurzun mühafizəkar Avstriya Xalq Partiyasının 52 yaşlı üzvü Şallenberq 2019-cu ildən xarici işlər naziridir.
Prezident Aleksandr Van der Bellen andiçmə mərasiminə sədrlik edəcək.
Vyananın Fransadakı səfiri Maykl Linhart xarici işlər naziri postuna keçir.
Buna da bax: Korrupsiya qalmaqalı ərəfəsində Avstriyanın kansleri istefa verdiyini bəyan edibKurz 2016-cı ildə xarici işlər naziri postundan siyasi yüksəlişi naminə mediada müsbət işıqlandırma üçün büdcə vəsaitindən istifadədə suçlanır. Özü isə iddiaları rədd edir.
Solçu Yaşıllar Partiyası hakim koalisiyadan çıxmaqla hədələyincə Kurz istefa qərarı verib.
Yaşılların lideri Siqrid Maurer oktyabrın 10-da bildirib ki, Şallenberqin adı korrupsiya iddialarında yer almayıb və o, hökumətə başçılıq etməyə uyğun namizəddir.
Kurz Avstriya Xalq Partiyasına başçılıq edəcəyini, partiyanın parlament qrupunun lideri olacağını bildirib.