Ali təhsillidir, Polşada taksi sürür: 'Azərbaycanda maaş yox, yol pulu verirlər!'
Sizin brauzer HTML5-i dəstəkləmir
Almaniyada yaşayan miqrasiya eksperti Əlövsət Əliyevin sözlərinə görə, statistika və müşahidələr azərbaycanlıların Avropada əsasən yüksək ixtisas tələb olunmayan, işçi qüvvəsi çatışmayan xidmət və texniki sahələrdə çalışdığını göstərir: "Avropa ölkələrinin vətəndaşları getdikcə fiziki əməyə daha az ehtiyac duyan işlərə üstünlük verirlər".