Cənub-şərqi Avropada qar çovğunları və güclü küləklər son iki gündə yüzminlərlə insanı elektriksiz və içməli susuz qoyub.
Bu arada baş verən nəqliyyat qəzalarının yaratdığı şəraitdə azı iki nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.
Qara dənizdən qalxan siklon özü ilə Moskvayadək olan əraziyə güclü qar gətirib.
Rusiya Hidrometeorolji Mərkəzinin məlumatında deyilir ki, bu, noyabrın sonlarında bu əraziləri vuran ən güclü qasırğadır.
Çovğunun ən güclü təsirinə Ukrayna, Moldova, Bolqarıstan və Rumıniya məruz qalıb.
Buna da bax: 'The Washington Post': Rusiya Çinlə Krıma sualtı tunel çəkilməsi barədə məxfi danışıqlar aparırKrımda və Ukraynada
Rusiyanın ilhaq etdiyi Krım da daxil bu ərazidə 1 nəfər ölüb və yarım milyon insan elektriksiz qalıb.
Qasırğa nəticəsində Sevastopoldakı Akvariunm Muzeyi dağılıb və nəticədə burada saxlanan 800-dək heyvan tələf olub.
Krımda sürəti saniyədə 40 metrə çatan küləklərə görə noyabrın 27-si istirahət günü elan edilib.
Müharibədə olan Ukrayna sərt hava şəraitində üstəlik Rusiyanın hava zərbələrinə məruz qalıb.
Güclü qar yağması nəticəsində ölkə boyunca 14 magistral yol bağlanıb və 24 vilayətdə elektrik kəsilib.
Ölkənin cənubundakı Nikolayev və Odessa vilayətlərində xüsusilə ağır şərait yaranınb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hökumət bu sahədə hədəfinə çatmadı - pambıq tarlaları susuzluqdan yanır
Rumıniya və Moldova
Rumıniyada və qonşu Moldovada yüzlərlə şəhər və kənd elektriksiz və susuz qalıb.
Rumıniyada dəmir yolunun hərəkəti bərpa olunsa da, 21 dövlət əhəmiyyətli magistral avtomobil yolu bağlı qalır.
Moldovada 200 yaşayış məntəqəsində 123 min insan elektriksiz qalıb.
Bolqarıstanda qar və çovğuna görə bir neçə vilayətdə fövqəladə vəziyyət elan edilib.
Baş nazir Nikoilay Denkov deyib ki, minədək yaşayış məntəqəsində elektrik yoxdur.