Bu gün, fevralın 25-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. 16 komanda səkkiz cütlük təşkil edib.
Bu raundda qrup mərhələsinin səkkiz qalibi və pley-offu adlayan komandalar üz-üzə gələcək. İlk oyunlar martın 9-10-da, cavab görüşləri həmin ayın 17-də baş tutacaq. Qrup qalibləri cavab matçlarına ev sahibliyi edəcək.
Türkiyə "Qalatasaray"ının da rəqibi bəlli olub. İstanbul klubu İspaniya təmsilçisi "Barselona" ilə görüşəcək. "Sarı-qırmızılar" ilk matçı səfərdə keçirəcək.
"Qalatasaray" Avropa Liqasında öz qrupunu lider kimi başa vurmuşdu.
Avropa Liqası
1/8 final
"Reyncers" (Şotlandiya) – "Srvena Zvezda" (Serbiya)
"Braqa" (Portuqaliya) – "Monako" (Fransa)
"Porto" (Portuqaliya) – "Lion" (Fransa)
"Atalanta" (İtaliya) – "Bayer" (Almaniya)
"Sevilya" (İspaniya) – "Vest Hem" (İngiltərə)
"Barselona" (İspaniya) – "Qalatasaray" (Türkiyə)
"Leypsiq" (Almaniya) – "Spartak" (Rusiya)
"Betis" (İspaniya) – "Ayntraxt" (Almaniya)