Avropa İttifaqı Krım sanksiyalarının müddətini uzatdı

Donetsk yaxınlığında Ukrayna hökumətinə qarşı döyüşən separatçılardan "Bax" ləqəbli biri

Avropa İttifaqının liderləri Rusiya tərəfindən 2014-cü ildə ilhaq olunmuş Krım yarımadasına investisiyaların yatırılmasına dair qadağanın müddətini daha bir il uzatmaq barədə qərar qəbul ediblər.

Avropa İttifaqı liderlərinin bu barədə iyunun 20-də açıqlanmış bəyanatında deyilir ki, “üzv dövlətlərin şurası Krımın və Sevastopolun Rusiya tərəfindən qanunsuz ilhaqı ilə bağlı qoyulmuş məhdudlaşdırıcı tədbirlərin müddətini 2020-ci il, iyunun 23-dək uzadır”.

Avropa İttifaqı, ABŞ və başqa ölkələr Moskva tərəfindən 2014-cü ildə Ukraynanın Krım yarımadasının qanunsuz ilhaqına, habelə Ukraynanın şərqində separatçı münaqişənin qızışdırılmasına görə Rusiya üzərinə sanksiyalar qoyub.

İyunun 20-dən müddəti uzadılmış məhdudiyyətlərə - üzərində Ukrayna sertifikatı olmayan malların Krımdan idxalını, Avropa İttifaqına üzv ölkələrin bayraqları altında üzən gəmilərin Krım limanlarına daxil olmasını və Avropa İttifaqı ölkələrinin yarımadada hər hansı mülkiyyət və ya şirkət almasını qadağan edir.

Bu sanksiyalar habelə Krım şirkətləri və ya yarımadada istifadə olunmaq üçün nəqliyyat, telekommunikasiya və ya enerji sektoru mallarının Krıma ixracının qadağanını nəzərdə tutur.

İyunun 20-də habelə Aİ liderlərinin Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini altı ay uzadacaqları gözlənilir.

Bu sanksiyalar əsasən ölkənin enerji və bank sektorlarını hədəfləyir.