Aİ-dən 'Wildberries' və 'Ozon'a sanksiya – Bakıdakı sifarişlər necə olacaq?
Sizin brauzer HTML5-i dəstəkləmir
Avropa İttifaqı Rusiya ordusunu ikili təyinatlı mallarla təmin etməkdə ittiham olunan "Wildberries" və "Ozon" onlayn ticarət platformalarını, eləcə də onların rəhbərlərini sanksiya siyahısına salıb. Bəs bu qərar həmin platformalardan fəal istifadə edən azərbaycanlı alıcılara və Bakıdakı təhvil məntəqələrinə necə təsir göstərəcək?