Avropaya üz tutan azərbaycanlılar deport ediləcək? – Radikal sağçıların yüksəlişi
Sizin brauzer HTML5-i dəstəkləmir
Bəzi təhlilçilər Almaniyadakı son yerli seçkilərin nəticələrini 9 bal gücündə zəlzələ ilə müqayisə edirlər. Avropada ifrat sağçıların yüksəlişi insan hüquqları müdafiəçilərini, xüsusilə də miqrantları ciddi qorxuya salıb. Belə ki, Avropa İttifaqının beş ölkəsi 2027-ci ilə qədər sənədsiz miqrantları birlikdən kənarda tikiləcək mərkəzlərə deportasiya etməyə hazırlaşır. Avropa mediasına sızan məlumatlara görə, bu mərkəzlərin Uqanda və Ruanda kimi Afrika ölkələrində qurulması ən real variantdır.