Gömrükdə plan doldurmaqda rekord vurur

Karikatura. Şerif. Munk

Avqustda yeni rekord

Avqust ayında Dövlət Gömrük Komitəsi (DGK) büdcəyə 244 milyon 700 min manat köçürüb. Bu, gömrük ödənişlərini dövlət büdcəsinə təmin edən qurumun yeni rekordudur.

Müqayisə üçün: Vergilər Nazirliyi avqustda dövlət büdcəsinə 502 milyon manat toplaya bilib.

Buna da bax:​ Vergiyığanların rəsmi gəlirində kəskin artım var

Devalvasiyanın ayağı düşərli olub

İstər ekspertlər, istərsə rekord məbləği devalvasiyanın ayağına yazırlar. Yəni, dollar manata nəzərən bahalaşdıqca, dollarla hesablanıb manatla ödənilən vergi və rüsumların həcmi də artır.

DGK sədrinin birinci müavini Səfər Mehdiyev mediaya müsahibəsində daxilolmaların artımını qurumda aparılan islahatlarla da əlaqələndirib.

S. Mehdiyev deyib ki, bu ilin 8 ayında DGK xəttilə dövlət büdcəsinə 1 milyard 426 milyon 840 min manat gömrük ödənişi toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz çoxdur.

DGK 2015-ci ildə büdcəyə 1 milyard 590 milyon manat köçürmüşdü.

Avqust ayında büdcəyə 244 milyon 700 min manat köçürüb... Bu rekorddur.

İllik planı yığmaq çətin olmayacaq?

2016-cı ilə DGK-nın büdcə öhdəliyi 1 milyard 810 milyon manat müəyyənləşdirilib. Bu hesabla gömrükçülər qarşıdakı 5 ayda 1 milyard manat toplaya bilərlər.

Buna da bax:​ Necə olur ki, idxal azalmağına baxmayaraq gömrük planı dolur?

Ekspertlərın sözlərinə görə, ölkəyə, əsasən, neft satışından daxil olan xarici valyuta idxala tələbatı ödəmək üçün eyni yolla gömrük sərhədindən çıxır. Dollara tələbatı da idxal «qızışdırır». Bu prosesi cilovlamağın yolu yerli istehsalı canlandırmaqdan və ixracatı stimullaşdırmaqdan keçir.