Birmada (Myanma) hakim xuntanın idarə etdiyi məhkəmə müxalifət fəalı Aunq San Suu Kyini korrupsiya ittihamları üzrə altı il həbsə məhkum edib. Məhkəmə qapalı keçirilib. Xəbəri çoxsaylı media orqanları adı çəkilməyən mənbələrə istinadla yayıb.
77 yaşlı Nobel mükafatı laureatı bütün ittihamları rədd edib. O, özünün təsis etdiyi, sağlamlıq və təhsili təbliğ edən fondun vəsaitini ev tikməyə xərcləməkdə, hökumətə məxsus torpağı ucuz qiymətə icarəyə götürməkdə təqsirli bilinib.
Buna da bax: Nobel mükafatı laureatının həbsini pisləyirlərPaytaxt Ranqun həbsxanasında təkadamlıq kamerada saxlanan Suu Kyi hazırda ötən il açılmış digər cinayət işləri ilə 11 il həbs cəzası çəkir.
Ordu ötən ilin fevralında Suu Kyinin partiyasının başçılıq etdiyi seçilmiş hökuməti devirib, daha sonra seçki keçirərək onu udub.
Seçkinin nəticələrinə etiraz edənlərə amansız divan tutulub, onminlərlə insan həbs edilib, xeyli sayda adamın döyülməsi, öldürülməsi haqda mötəbər məlumatlar var.