ATƏT konfransında Azərbaycandan gələn jurnalistlə bağlı olay: 'Vətəndaş cəmiyyətinin məhvinin göstəricisidir'
Sizin brauzer HTML5-i dəstəkləmir
"Qəzetçi"nin yaydığı videoda "Yeni çağ" media qrupunun rəhbəri Aqil Ələsgər rus dilində mətni üzündən oxuyur. Moderator isə ondan bir neçə dəfə həm ingilis, həm də rus dilində özünü təqdim etməyi xahiş edir. Amma o, özünü təqdim etmir. Videodan belə təəssürat yaranır ki, Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun konfransına qatılan A.Ələsgər nə ingilis, nə də rus dillərini bilir.