Britaniyanın Daxili işlər naziri Priti Patel WikiLeaks saytının təsisçisi Culian Assanjın kriminal ittihamlarla mühakimə olunmaqdan ötrü ABŞ-a ekstradisiyasını təsdiqləyib. Müdafiə tərəfi apelyasiya şikayəti verəcəyini deyib.
ABŞ hökuməti 50 yaşlı avstraliyalını WikiLeaks-in 500 min gizli hərbi sənədi yaymasına görə mühakimə etmək istəyir. Həmin sənədlər İraq və Əfqanıstan müharibələrinə aid idi və Vaşinqton onların həyati təhlükə yaratdığını bildirib.
Tərəfdarları və vəkilləri isə Assanjın jurnalist kimi hərəkət etdiyini deyirlər. Onun ifadə azadlığının müdafiəsini nəzərdə tutan Birinci Düzəlişlə hüquqlarının yarandığını bildirirlər.
Sözügedən sənədlər Birləşmiş Ştatların İraq və Əfqanıstanda yol verdiyi hərbi səhvləri ifşa edib.
Daxili İşlər Nazirliyi bəyanatında Assanjın apelyasiya vermək üçün 14 günü olduğunu bildirir.
Jurnalist təşkilatları və insan haqları qrupları Britaniyanı ekstradisiyadan imtina etməyə çağırmışdı.
“Britaniyanın Daxili işlər naziri WikiLeaks-in təsisçisi Culian Assanjı 175 illik həbslə üzləşə biləcəyi ABŞ-a ekstradisiyasını təsdiqləyib. Mətbuat azadlığı və Britaniya demokratiyası üçün qara gündür. Qərardan şikayət veriləcək”, – Wikileaks Twitter-də yazıb.